Ukraynaya dəstəyi 2 milyard dollara çatdıracağıq - Makron

22:14 - 05 May 2022

Ukraynaya dəstəyi 2 milyard dollara çatdıracağıq - Makron

Fransa Ukraynaya ümumi dəstəyini 2 milyard dollara çatdıracaq.

Manşet.az xəbər verir ki, bun Fransa Prezidenti Emmanuel Makron Ukrayna üçün beynəlxalq donor konfransı zamanı videomüraciətində deyib.

"Fransa Ukrayna prezidenti tərəfindən səsləndirilən ehtiyaclara cavab olaraq 2 milyard dollar qlobal yardım ayıracaq. Fransa Ukraynanın ehtiyaclarına kollektiv şəkildə cavab vermək üçün Aİ daxilində, avropalı tərəfdaşlarımızla, həmçinin G7 və beynəlxalq maliyyə institutları çərçivəsində koordinasiyalı şəkildə hərəkət etməyə davam edəcək", - deyə E.Makron bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az