Çində binanın çökməsinə görə ölənlərin sayı artdı

09:31 - 06 May 2022

Çində binanın çökməsinə görə ölənlərin sayı artdı

Çinin Çanşa şəhərində çökən binada axtarış işləri başa çatıb. Dağıntılar altında qaldığı güman olunan 53 nəfərin meyiti tapılıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 6-da gecə saat 3 radələrində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapıldıqdan sonra axtarış əməliyyatı dayandırılıb. Beləliklə, indiyədək dağıntı altından 10 nəfər xilas edilib, 53 nəfərin meyiti aşkarlanıb. Sonuncu olaraq qəzadan 132 saat sonra qadın xilas edilib.

Qeyd edək ki, aprelin 29-da günorta saatlarında Çanşa şəhərində 8 mərtəbəli bina çöküb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az