Türkiyənin İstanbul şəhərində, Tuzla gəmi tərsanəsində partlayış olub.
Manset.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində 5 işçi yaralanıb. Partlayış qaz sızması nəticəsində baş verib.
Hadisə yerinə çoxlu sayda xilasedici, yanğınsöndürən cəlb edilib.