"Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik"- Zelenski

18:12 - 06 May 2022

\"Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik\"- Zelenski

Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.

“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq. Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də bu barədə danışmışdı. O buna səbəb kimi Mariupolun müdafiəçilərinin məhv edilməsini göstərmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az