Kubanın paytaxtı Havanada şiddətli partlayış baş verib.
Manşet.az xəbər verir ki, tarixi “Saratoga” hotelində baş verən partlayışda 8 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.
Səlahiyyətlilər partlayışın baş verdiyi hotelin yaxınlığındakı məktəbdə uşaqların təxliyə edildiyini və vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.