Şimali Koreya ballistik raketin sınaqlarını həyata KEÇİRDİ

15:07 - 07 May 2022

Şimali Koreya ballistik raketin sınaqlarını həyata KEÇİRDİ

Şimali Koreya bu gün səhər saatlarında növbəti dəfə ballistik raketin sınaqlarını həyata keçirib.

Manşet.az trend-ə istinadən xəbər verir ki,  bu barədə Yaponiyanın sahil mühafizə xidməti bildirib.

Qeyd olunur ki, raketin Yapon dənizi istiqamətində buraxıldığı ehtimal edilir. Hazırda raketin düşmə nöqtəsi ilə bağlı dəqiqləşdirmə aparılır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya bu ilin əvvəlindən 10-dan çox raket buraxılışı, o cümlədən qitələrarası ballistik raket sınağı həyata keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az