Erməni deputatın oğlu cinayətə görə axtarışa verildi

14:52 - 08 May 2022

Erməni deputatın oğlu cinayətə görə axtarışa verildi

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xəbər saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayots Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru metal dəyənəklə vurub. Faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə onun həbsi ilə bağlı qərar çıxarsa da, Baqratyanın azadlıqda olduğu üzə çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az