İlon Maskdan sosial medianı alt-üst edən paylaşım: Müəmmalı şəraitdə ölsəm...

10:17 - 09 May 2022

İlon Maskdan sosial medianı alt-üst edən paylaşım: Müəmmalı şəraitdə ölsəm...

Mikrobloq platforması “Twitter”in yeni rəhbəri İlon Mask platformada paylaşdığı mesajla yenə gündəmdədir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur milyarder tvitində "Əgər müəmmalı şəraitdə ölsəm, sizi tanımaq xoş idi" sözlərini yazıb.

Maskın paylaşımı qısa zamanda sosial medianın gündəmini zəbt edib.

Qısa müddətdə mövzu ilə bağlı çoxlu spekulyasiyalar edilsə də, Maskdan hələlik dəqiq bir açıqlama gəlməyib.

Maskın bu tvitində nəyi nəzərdə tutduğu bilinmir, lakin o, mikrobloq saytından zaman-zaman “yumor” məqsədi ilə də istifadə edir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az