Qızıl Meydanda keçirilən Qələbə bayramı tədbirində Ukraynaya müdaxilə qərarını müdafiə edən Rusiya lideri Qərb ölkələrinin Rusiya ərazisini işğal etməyə hazırlaşdığını iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Qərb ölkələri haqqında "Onların başqa planları var idi, bizi dinləmədilər. NATO sərhədlərimizə təhlükə yaratdı" deyib.
Vladimir Putin Ukraynanın şərqində Donbasda hələ də davam edən şiddətli döyüşlərə toxunaraq, könüllülərin və rus qoşunlarının vətənləri uğrunda döyüşdüyünü iddia edib.
Ukraynada həlak olan və yaralanan hərbçilərin ailələrinə yardım edəcəyini vəd edən Putin “Düşmənlər Rusiyaya qarşı terrorçulardan istifadə etməyə cəhd ediblər” deyib.
O, tribunadan Ukraynanın nüvə silahı yerləşdirmək planlarının olması ilə bağlı iddiasını təkrarlayıb.