“SpaceX”in prezidenti Şotvel Mars missiyasının tarixini açıqladı

14:05 - 09 May 2022

“SpaceX”in prezidenti Şotvel Mars missiyasının tarixini açıqladı

İlon Maskın baş işçisi Qvin Şotvel 2030-cu illərdə reallaşacağı düşünülən Marsa ekipajlı uçuşlara 5-6 il sonra başlayacaqlarını söyləyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “SpaceX” kosmos firmasının prezidenti və əməliyyatlar direktoru vəzifəsini icra edən Şotvel, verdiyi müsahibədə astronavtların 2020-ci illərin sonuna qədər Qırmızı Planetə çatacağını iddia edib:

"Düşünürəm ki, 5-6 ildən sonra insanlar Marsın həqiqətən də gediləcək yer olduğunu görəcəklər”.

Şotvel və onun SpaceX-dəki komandası insanları və yükləri Aya, Marsa və ondan kənara çatdırmaq üçün “Starship” adlı təkrar istifadə edilə bilən raket-kosmik gəmi hazırlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az