Bu ölkənin baş naziri istefa verdi

16:57 - 09 May 2022

Bu ölkənin baş naziri istefa verdi

Şri-Lankanın baş naziri Rajapaksa istefa verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şri-Lankanın baş naziri Mahinda Rajapaksanın istefa verməsinin səbəbi hökumət əleyhinə davam edən etirazlar olub.

Şri-Lankada iqtisadi böhrana görə başlayan etirazlar həftələrdir davam edir. 

Bu gün paytaxt Kolomboda hökumət tərəfdarları ilə hökumət əleyhinə olan etirazçılar arasında toqquşma baş verib.

Şri Lankanın baş naziri Mahinda Rajapaksa etirazların zorakılığa çevrilməsindən sonra istefa vermək qərarına gəlib. 

Daha əvvəl iki dəfə prezident olmuş 76 yaşlı Rajapaksa istefa məktubunu qardaşı prezident Qotabaya Rajapaksa təqdim edib.

 


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az