Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 36 500-ə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 600 ədəd tankı, 3 789 ədəd zirehli döyüş maşını, 812 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 187 ədəd helikopteri, 153 qanadlı raketi, 2 648 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 664 ədəd dronu və 65 ədəd xüsusi texnikası məhv edilib.