İrəvandakı partlayışda 27 nəfər itkin düşdü - YENİLƏNDİ

23:57 - 14 Avqust 2022

İrəvandakı partlayışda 27 nəfər itkin düşdü - YENİLƏNDİ

İrəvan meriyası ticarət mərkəzində partlayış nəticəsində 27 nəfərin itkin düşdüyünü bildirib.

Manset.az xəbər verir ki, bu gün İrəvanın "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 61 nəfər xəsarət alıb, 3 nəfər ölüb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır.

 

21:23

İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda 20 nəfərin taleyi barədə məlumat yoxdu.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan deyib.

O bildirib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, bu gün İrəvanın "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 60 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az