Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən casus SAXLANILDI

14:59 - 15 Avqust 2022

Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən casus SAXLANILDI

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarında işləyən casusu saxlayıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri haqqında məlumat toplayıb.

O, toplanmış məlumatları qapalı rabitə kanalları vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının kuratoruna ötürüb. İşğalçılar sonradan bu məlumatlardan təxribat qruplarının “işini”, kütləvi və məqsədyönlü raket hücumlarını planlaşdırmaq üçün istifadə ediblər.

Casusun Odessa vilayətindən olan həkim olduğu üzə çıxıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az