Nijni Novqorod vilayətində sağlamlıq düşərgəsində istirahət edən 20-dən çox uşaq zəhərlənib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Müəyyən edilib ki, Nijni Novqorod vilayətinin Semenovski rayonundakı uşaq sağlamlıq düşərgəsində istirahət edən 20-dən çox uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib", - məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qurumun əməkdaşlarını dindirir, yemək və sudan nümunələr götürüblər. İş üzrə ekspertizalar təyin edilir, hadisənin bütün halları müəyyən edilir.