Formula- 1 Rusiyada keçirilməyəcək

21:06 - 18 Avqust 2022

Formula- 1 Rusiyada keçirilməyəcək

Formula 1 üzrə dünya çempionatının rəhbərliyi yarışları Rusiyada keçirmək fikrində deyil.

Manset.az xəbər verir ki, bunu Formula 1-in icraçı direktoru Stefano Domenikali deyib.

"Mən həmişə deyirəm ki, heç vaxt heç vaxt deməməlisən. Amma bu halda söz verə bilərəm: biz daha Rusiya Qran Prisinin rəhbərliyi ilə danışıqlar aparmayacağıq. Artıq yarış olmayacaq", - Domenikali deyib.

Ukraynadakı vəziyyətlə əlaqədar Formula 1 rəhbərliyi Rusiya Qran Prisi ilə bağlı müqaviləyə xitam verib. 2014-cü ildən etibarən yarış Soçidə keçirilir, 2023-cü ildən Leninqrad vilayətindəki İqora Drive dairəsində keçirilməli idi.

Rusiya Qran Prisi üçün müqavilə 2025-ci ilə qədər hesablanmışdı. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az