Elbrus bölgəsində 4 alpinist itkin düşdü

16:52 - 20 Avqust 2022

Elbrus bölgəsində 4 alpinist itkin düşdü

Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasında dörd alpinistdən ibarət qrup yoxa çıxıb. Qrup qeydiyyatdan keçməyib. Xilasedicilər alpinistlərin axtarışlarına başlayıblar.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından məlumat verilib.

Bildirildiyinə görə, alpinistlər Elbrus rayonunda, Kurmıçi dərəsində, 3,5 min metr hündürlükdə yoxa çıxıblar. Onlar təyin olunmuş vaxtda əlaqə saxlamayıblar.

Hələlik baş verənlərlə bağlı ətraflı məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az