Rusiya ordusu artıq ikinci gündür ki, Ukraynanın cənubundakı Blaqodatnıy rayonunda Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edir.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Pivden” əməliyyat komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, ilk hücum uğursuz olub, bundan sonra ruslar bərpa üçün geri çəkiliblər. Sonra onlar ikinci hücum təşkil ediblər və hazırda Ukrayna Silahlı Qüvvələri mövqelərini qoruyurlar.
Döyüşlərin hələ də davam etdiyi bildirilib.