Rusiya öz diplomatının Rumıniyadan qovulmasına adekvat cavab verəcək.
Bu barədə Manset.az Report-a istinadən xəbər verir.
“Rumıniyada Rusiyanın bu ölkədəki diplomatik mövcudluğuna qarşı hücum davam edir. Bu yaxınlarda Buxarestdəki səfirliyimizin daha bir əməkdaşı persona non qrata (arzuolunmaz şəxs) elan edildi - həmişə olduğu kimi, əsassız olaraq, uydurma bəhanələrlə. Təbii ki, biz buna adekvat cavab verəcəyik. Bu barədə əlavə məlumat veriləcək”-deyə, o bildirib.
Zaxarova onu da əlavə edib ki, Rumıniyanın hərəkətləri guya təxribatdır və Qərb ölkələrinə loyallıq nümayiş etdirmək istəyi ilə diktə olunur.