Rusiyada şaxtalı hava ilə bağlı xəbərdarlıq edildi

14:58 - 21 Avqust 2022

Rusiyada şaxtalı hava ilə bağlı xəbərdarlıq edildi

Bazar və bazar ertəsi Rusiyanın Buryatiya, Tuva, Xakasiya, İrkutsk, Novosibirsk və Tomsk vilayətlərində gecə mənfi 1-dən mənfi 3 dərəcəyədək şaxta gözlənilir.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

“Avropa ərazisinin şərqində, Qərbi Sibirdə, Omsk, Novosibirsk, Kemerovo vilayətlərində, Altay diyarında, Krasnoyarsk diyarının cənubunda, Xakasiya və Tıvada havanın temperaturu normadan aşağıdır. Yaxın iki gündə Novosibirsk və Tomsk vilayətlərində şaxta gözlənilir, havanın temperaturu gecələr mənfi 1 dərəcəyə enəcək. Xakasiyada - mənfi 2 dərəcəyə qədər, Buryatiyada, Tıvada, İrkutsk vilayətində - mənfi 3 dərəcəyə qədər enəcək”, - Vilfand bildirib.

Meteoroloq qeyd edib ki, bu cür hava hadisələri Şimal buzlu okeanından soyuq havanın daxil olması ilə bağlıdır. Külək hətta ölkənin Asiya hissəsinin cənubuna da nüfuz edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az