Pakistanda İmran Xanın canlı yayımları qadağan edildi - SƏBƏB

19:54 - 21 Avqust 2022

Pakistanda İmran Xanın canlı yayımları qadağan edildi - SƏBƏB

Pakistan Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan edib.

 

Manset.az "Oxu.az"a istinadən xəbər verir ki, qərar onun çıxışlarının konstitusiyaya və medianın davranış kodeksinə zidd olması ilə izah edilib.

Bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi təşkilat hesab edir ki, telekanallar dövlət qurumlarına qarşı materialların yayımının qarşısı almalıdırlar.

Qeyd edək ki, bir gün əvvəl cənab Xan köməkçisi Şahbaz Gillin həbsinə cavab olaraq canlı efirdə yüksək səviyyəli polis məmurlarına, hakimə, Pakistan Seçki Komissiyasına və onun siyasi rəqiblərinə qarşı cinayət işi açılacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az