78 yaşlı Prezident yıxılıb xəstəxanalıq oldu

09:36 - 22 Avqust 2022

78 yaşlı Prezident yıxılıb xəstəxanalıq oldu

Avstriya Prezidenti Aleksander Van der Bellen dağ yürüşü zamanı yüngül beyin silkələnməsi alıb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi tviter səhifəsində bildirilir.  

“Federal Prezident sıyrıntılar və yüngül beyin silkələnməsi alıb, müalicə edən həkimlərin tövsiyəsi ilə gecəni xəstəxanada keçirəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, 78 yaşlı Van der Bellen Kaunerqratda dağ yürüşü zamanı sürüşüb.

Prezident bazar ertəsi və çərşənbə axşamı Alpbaxdakı forumda görüşlərin ləğv edilməsi barədə qərar qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az