Aleksandr Duqinin qızına edilən sui-qəsddən 48 saat keçməmiş keçmiş rusiyalı deputat hücumun arxasındakı adı açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Darya Duqinanın atasına məxsus avtomobilin partlaması nəticəsində dünyasını dəyişməsi sui-qəsd ehtimalını ağla gətirdi.
Rus vəkil İlya Ponomaryov hücumun arxasındakı adı açıqlayıb:
"Bu hərəkəti (Duqinanı öldürmək) Milli Respublika Ordusu həyata keçirib".
Duqinin qızının ölümü ilə nəticələnən bombalı hücumun Rusiyada fəaliyyət göstərən Milli Respublika Ordusu (Nationalnaya Respublikanskaya Armiya) tərəfindən keçirildiyi iddia edilib. Təşkilat öz manifestində müharibə tərəfdarlarına və Putinə qarşı müharibə elan etdiklərini bəyan edib.
Digər tərəfdən, Ukraynada yayımlanan televiziya proqramında sui-qəsdlə bağlı açıqlamalar verən Mixail Poldolyak deyib ki, Ukraynanın Darya Duqinin ölümü ilə heç bir əlaqəsi yoxdur.