İndi də yeni bir virus çıxdı - Simptomları bunlardır (FOTO)

11:50 - 22 Avqust 2022

İndi də yeni bir virus çıxdı - Simptomları bunlardır (FOTO)

Koronavirus və meymun çiçəyindən sonra indi də "pomidor qripi" adlanan xəstəlik üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, adını yoluxmuş insanların dərisində əmələ gələn qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızdırma, yorğunluq və bədən ağrıları kimi kovid ilə oxşar simptomlar göstərsə də, bu iki xəstəlik bir-birindən əlaqəsizdir. 

Bundan əlavə, pomidor qripinin digər simptomlarına qusma, ishal və səpgi daxildir.

Mütəxəssislər bunun ağcaqanad vasitəsilə yoluxan bir infeksiyanın təsiri olub-olmadığını da araşdırırlar, lakin bunun tamamilə yeni bir patogen olduğunu istisna etmirlər.

Virus ilk dəfə may ayında Hindistanın cənubundakı Kerala əyalətində qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az