İran xarici işlər nazirliyinin İŞİD-lə bağlı AĞLASIĞMAZ BƏYANATI

17:20 - 22 Avqust 2022

İran xarici işlər nazirliyinin İŞİD-lə bağlı AĞLASIĞMAZ BƏYANATI

İran xarici işlər nazirinin müavini Rəsul Musəvinin Əfqanıstanla bağlı açıqlamaları növbəti dəfə gündəmə gəlib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın Əfqanıstan siyasəti uzun müddətdir ki, regionda sabitliyin pozulmasına əsaslanır.

Şərq sərhədlərində güclü mərkəzləşmiş dövlətin yaranmasına qarşı çıxması ilə tanınan İran, xüsusən də Talibanın meydana çıxması ilə bu quruluşun sünni islam dövlətinə çevrilməsini də istəmir.

Paralel olaraq, Tehran rejimi 1990-cı illərin sonlarında dəfələrlə Talibanla müharibə həddinə gəlib.

Talibana qarşı müxtəlif partiyaları, xüsusilə Şimal Alyansı və Şiə Həzaraları dəstəkləyən İran, 2001-ci ildə Amerikanın işğalı ilə bu dəstəyi zirvəyə çatdırıb.

Talibanın 2021-ci ilin avqustunda yenidən hakimiyyətə gəlməsi və İran xarici işlər nazirinin müavini Seyid Rəsul Musəvinin 2021-ci ilin oktyabrında Əfqanıstanla bağlı verdiyi açıqlamalar İranda 90-cı illərdəki kimi bir refleksi ortaya qoyub.

Musəvi açıqlamalarında Əfqanıstanda Talibana qarşı dayana biləcək yeganə gücün İŞİD olduğunu iddia edərək, Talibanın İŞİD ilə dayandırılmasının vacibliyinə işarə edir.

Bu çərçivədə İranın Əfqanıstandakı İŞİD qüvvələrinə görünməz dəstək verməyi hədəflədiyinə dair şərhlər edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az