ABŞ Ukrayna üçün kamikadze dronları hazırlayacaq

23:35 - 22 Avqust 2022

ABŞ Ukrayna üçün kamikadze dronları hazırlayacaq

ABŞ tərəfinin Ukrayna Silahlı Qüvvələri üçün “Switchblade 600” PUA-larının hazırlanması ilə bağlı müqaviləyə yaxın 30 gün ərzində imza atacağı gözlənilir.

Manset.az xəbər verir ki, Pentaqonun sözçüsü Cessika Maksvelin sözlərinə görə, müqavilə 10 ədəd dronun hazırlanmasını nəzərdə tutur.

Dronların Ukraynaya tədarük vaxtı açıqlanmır.

Qeyd edək ki, kamikadze dronlar ilk növbədə tank və digər zirehli texnikanın məhvi üçün istifadə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az