Ərdoğanla Əsəd görüşəcək? - Çavuşoğlu açıqladı

12:20 - 23 Avqust 2022

Ərdoğanla Əsəd görüşəcək? - Çavuşoğlu açıqladı

Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində Türkiyə və Suriya prezidentləri arasında görüşün olacağı ilə bağlı xəbərlər doğruiu deyil.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Xəbərlər doğru deyil, Əsəd də oraya dəvət olunmayıb”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, İranın “Tasnim” agentliyi Şanxay Əməkdaşlıq Sammitinin sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsədin görüşəcəyi haqqında məlumat yaymışdı. Agentliyin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ərdoğan və Əsədi sammitdə iştirak etmək üçün Səmərqəndə dəvət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az