İtaliyanın Katanzaro sahillərindən təxminən 15 kilometr aralıda 40 metrlik superyaxta su almağa başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yardım çağırışı üzərinə Avropa Sərhəd və Sahil Mühafizəsi adından bir Rumıniya gəmisi və daha bir patrul gəmisi bölgəyə göndərilib.
Superyaxtanın 4 sərnişini və 5 ekipaj üzvü xilas edilib. Limana çəkmək istəyərkən superyaxta tamamilə batıb.
İtaliyanın sahil mühafizəsi pis hava şəraitinin superyaxtanın limana çəkilməsini çətinləşdirdiyini bildirib.