İş adamı avtomobilində ölü TAPILDI

19:52 - 23 Avqust 2022

İş adamı avtomobilində ölü TAPILDI

Türkiyədə iş adamı olan 47 yaşlı İzel Bardavit yaşadığı binanın dayanacağında avtomobilində tapança ilə güllələnmiş halda tapılıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulda Darüşşafaka Məhəlləsi Açelya küçəsindəki binanın avtoparkında meydana gəlib.

İddiaya görə, yəhudi əsilli iş adamı İzel Bərdavit (47) yaxın dostuna “Bir saatdan sonra evimə gəl, məni tap, uşaqlarım sənə əmanətdir, onlara çox yaxşı bax” deyərək elektron məktub göndərib. Mesajı oxuyan dostu polisə zəng edərək vəziyyəti xəbər verib. 

Bildirilir ki, ərazinin bağlı dayanacağına gələn polis qrupları, İzel Bərdaviti avtomobilində tapançadan açılan atəşlə ölü tapıb. Hadisə zamanı silah Bərdavitdən tapılıb. Polisin ilk araşdırmasından sonra iş adamının intihar etdiyi ehtimal edilir. 

Bərdavitin cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az