Zelenski Duqinanın qətli ilə bağlı AÇIQLAMA YAYDI

21:39 - 23 Avqust 2022

Zelenski Duqinanın qətli ilə bağlı AÇIQLAMA YAYDI

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin jurnalist Daria Duqinanın qətlində əli olmadığını açıqlayıb.

Manset.az Reuters-ə istinadən xəbər verir ki, bu sözlər Zelenski Krım Platformasının sammitində səsləndirilib.

“Bu, şübhəsiz ki, bizim məsuliyyətimiz deyil. Bu, bizim ölkənin vətəndaşı deyil, bizi maraqlandırmır. Və o, Ukrayna ərazisində olmayıb”, - deyə prezident bildirib.

Hazırda davam edən sammit çərçivəsində Ukrayna lideri həmçinin Kiyevin Krımı istənilən yolla geri qaytaracağını bəyan edib və Rusiyanı Ukrayna ilə dialoq aparmamaqda ittiham edib.

Qeyd edək ki, Darya Dugina avqustun 20-də Tradition festivalından qayıdarkən avtomobilində baş verən partlayış nəticəsində dünyasını dəyişib .

Avqustun 22- də Rusiya Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, Duqinanın qətlinin sifarişçisi ukraynalı Natalya Vovk olub, cinayətin təşkilində isə Ukrayna xüsusi xidmət orqanları dayanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az