Roma Papası Darya Duqinanı “günahsız qurban” adlandırdı

14:05 - 24 Avqust 2022

Roma Papası Darya Duqinanı “günahsız qurban” adlandırdı

Roma Papası Fransisk rusiyalı jurnalist və politoloq Darya Duqinanın ölümündən təəssüfləndiyini bildirib və onu “günahsız qurban” adlandırıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi pontifikin kollektiv audiensiyada çıxışından sitat gətirib.

"Moskvada avtomobil oturacağının altına qoyulmuş bomba ilə partladılmış yazıq qızı düşünürəm. Müharibənin əvəzini günahsızlar ödəyir", - deyə Roma Papası vurğulayıb.

Qeyd edək ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İstintaqın məlumatına görə, avtomobildə məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış baş verib.

D. Duqina Rusiya Prezidentinin məsləhətçisi Aleksandr Duqinin qızıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az