Putin Rusiyanın müxtəlif bölgələrində, xüsusən də Moskva yaxınlığındakı Ryazanda davam edən meşə yanğınları ilə bağlı konfrans keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin ölkəsində meşə yanğınları ilə bağlı bütün lazımi tədbirlərin görülməsini əmr edərək, “Ryazanda güclü külək səbəbindən yanğınlar genişlənməkdə davam edir. Ona görə də sizdən xahiş edirəm ki, yanğınların söndürülməsi və zərərin minimuma endirilməsi üçün bütün zəruri tədbirləri görün. Meşə yanğınlarının təkcə Rusiyanın Avropa hissəsində deyil, şərqində də şiddətlənməsi təhlükəsi var. Belə davam edərsə, vəziyyət daha da pisləşəcək” - deyib.