Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda turistləri daşıyan safari maşını aşıb.
Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə qəzada 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşınlar göndərilib.