Kobe Brayantın həyat yoldaşı Vanessa Brayant qəza yerində çəkilmiş fotolara görə təzminat tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NBA əfsanəsi Kobe Brayant və qızının öldüyü qəzada dağıntılar altında çəkilən fotoların sosial mediada yayıldığı üçün məhkəməyə müraciət edən Vanessa Brayant 16 milyon dollar təzminat alıb.