İrandan sonra Birləşmiş Ştatlar da avqustun 9-da Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin 2015-ci il İran nüvə sazişi ilə bağlı təqdim etdiyi yekun layihə mətninə cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, "Biz ABŞ-dən nüvə danışıqlarında yekun qiymətləndirmə ilə bağlı cavab aldıq" deyib.
“ABŞ-nin təqdim etdiyi fikirlərin tam qiymətləndirilməsi prosesi başlayıb. İran olaraq qiymətləndirmə prosesi başa çatdıqdan sonra fikrimizi bölüşəcəyik”.