Amerika istehsalı olan və ABŞ ordusunun PKK/PYD ilə əməkdaşlığından bəhs edən “SEAL Team” serialında PKK bayrağı və onun rəhbəri Öcalanın posteri açıq şəkildə nümayiş etdirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, beş mövsümdür CBS televiziyasında yayımlanan “SEAL Team” serialının yeni mövzusu PKK-PYD terrorçuları ilə Suriyadakı Amerika əsgərlərinin əməkdaşlığıdır.
PKK terror təşkilatının simvollarının ictimaiyyətə nümayiş etdirildiyi serial sentyabr ayından yayıma başlayacaq.
“SEAL Team” serialı PKK/PYD-YPG-ni İŞİD-ə qarşı qəhrəman kimi göstərmək üçün hazırlanıb. T
error təşkilatı PKK-nın qadın quruluşu deyilən YPG terrorçularına xüsusi diqqət yetirilir, qanlı qatillər bütün dünyaya qəhrəman kimi göstərilməyə çalışılır.