Ermənistan XİN Rusiyanın notasına cavab verdi

15:30 - 25 Avqust 2022

Ermənistan XİN Rusiyanın notasına cavab verdi

Ermənistan Rusiyanın bu ölkədəki səfirliyinin notasına cavab verib.

 

Manset.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan bildirib.

“Biz müəyyən olunmuş qaydada Rusiya səfirliyinin notasına cavab verdik. notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir”, - Unanyan qeyd edib.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Bundan sonra yerli KİV-də baş verən partlayış görə Rusiya tərəfi ittiham olunmuşdu. Bu səbəbdən Rusiya səfirliyi İrəvana nota vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az