Yunan Arxeoloqlar Assosiasiyası (SEA) YUNESKO-nun baş direktoru Odri Azuleyə açıq məktub yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məktubda İstanbulda məscidə çevrilən Ayasofya muzeyinin zorakılığa məruz qaldığı və buna görə də zərər gördüyü iddia edilib.
“SEA” muzeylərin məscidə çevrilməsinin Ümumdünya Mədəni İrsi üçün risk yaratdığını iddia edərək Azuleydən güclə müdaxilə etməsini istəyib.
Həmin qurum, qətnamə almaq üçün beynəlxalq elmi ictimaiyyətlə də əlaqə saxlayacaqları ilə hədələyib və abidələrin qorunması üçün petisiya imzalayıb.
İstanbulun digər görkəmli Bizans abidəsi olan Kariye Muzeyinin məscidə çevrilməsi istiqamətində görülən işlərdən narahat olduqları da bildirilib.