Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Federal Vergi Xidmətinin (FNS) rəhbəri Danil Yeqorovla keçirdiyi görüşdə ölkə iqtisadiyyatı ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərin artmaqda davam etdiyini vurğulayıb:
“Bəd niyyətlərin, paxılların bizə qarşı yaratmağa çalışdığı problemlərə baxmayaraq, büdcəmiz lazımi sürətlə doldurulur. Xüsusilə yaxşı haldır ki, qeyri-neft və qaz gəlirlərimiz də artır. Düşünürəm ki, bütün bunlar iqtisadi göstəricilərin ən azı hələlik stabilləşdiyini göstərir. Biz riskləri başa düşürük, görürük ki, bu risklər orta müddətli perspektivdə yaşana bilər, onlar hələ də keçməyib, bütün bunlar çox aydındır”.