Türkiyə XİN-dən Laçınla bağlı BƏYANAT

14:17 - 26 Avqust 2022

Türkiyə XİN-dən Laçınla bağlı BƏYANAT

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunuq”.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir:

“Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan bu inkişaf, həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək.

Türkiyə indiyə qədər olduğu kimi bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az