Serbiya və Kosovo arasında GƏRGİNLİK – “Uzlaşmaq MÜMKÜN DEYİL”

16:19 - 26 Avqust 2022

Serbiya və Kosovo arasında GƏRGİNLİK – “Uzlaşmaq MÜMKÜN DEYİL”

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Kosovo ilə razılığa gəlmək mümkün deyil.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serbiya prezidenti Aleksandar Vuçiç dünən axşam saatlarında Serbiyanın paytaxtı Belqradda ABŞ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar və Avropa Birliyinin Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçakı qəbul edib.

Gecə yarısına qədər davam edən görüşdən sonra Vuçiç sosial media hesabında " Kosovoda avtomobil nömrələri və bəzi daha böyük məsələlərlə bağlı razılığa gəlmək mümkün deyil. Qarşıdakı günlərdə xalqımız üçün əmin-amanlığın bərqərar olması və qorunub saxlanması üçün daha çox çalışacağıq" yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az