Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus döyüş təyyarələri nüvə silahı daşımağa hazırdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aleksandr Lukaşenko Qərbin Şərqi Avropa ölkələrində də hərbi quruculuğunu davam etdirdiyini bildirib.
O, “Onlar başa düşməlidirlər ki, vəziyyəti gərginləşdirmək qərarına gəlsələr, heç bir helikopter və ya təyyarə onları xilas edə bilməz. Putinlə Sankt-Peterburqda Belarus Su-24-lərinin nüvə silahını necə daşıya biləcəyi barədə danışdıq. Sizcə zarafat edirik? Hər şey hazırdır!" deyib.