Tacikistan prezidenti Əfqanıstan xalqına söz verdi

21:10 - 26 Avqust 2022

Tacikistan prezidenti Əfqanıstan xalqına söz verdi

Tacikistan hakimiyyəti Əfqanıstan xalqına humanitar yardım göstərməyə hazırdır.

Manset.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon deyib .

Rəhmon BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhidlə əfqanlara beynəlxalq yardımı müzakirə edib.

“Tacikistan tərəfi Əfqanıstan xalqına bu cür humanitar yardım göstərmək üçün öz maddi-texniki imkanlarından geniş istifadə etməyə hazır olduğunu vurğulayıb”, - deyə Rəhmon bildirib.

Bundan əlavə, Tacikistan lideri və Şəhid BMT ölkələrini terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəyə çağırıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az