Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif ETDİ

21:23 - 26 Avqust 2022

Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif ETDİ

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.

Sərəncamda deyilir: “Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviç IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az