Barjomidə davam edən yanğınla bağlı YENi XƏBƏR

22:03 - 26 Avqust 2022

Barjomidə davam edən yanğınla bağlı YENi XƏBƏR

Gürcüstanın Barjomi Bələdiyyəsi ərazisində bir həftədən çoxdur davam edən yanğının ən qaynar nöqtələri söndürülüb. Yanğının strateji obyektlərə və yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb.

Manset.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda söndürülmüş və lokallaşdırılmış yanğın ocaqları aktiv ocaqların sayından çoxdur.

Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq xidmətlərinin əməkdaşları yanğının söndürülməsi prosesində iştirak edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az