Gürcüstan hökumətindən Saakaşvili ilə bağlı QƏRAR

01:03 - 27 Avqust 2022

Gürcüstan hökumətindən Saakaşvili ilə bağlı QƏRAR

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə əcnəbi ekspertlər baxış keçirərək, onun səhhətini dəyərləndirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Gürcüstan Səhiyyə Nazirliyi müvafiq icazə verib.

Əcnəbi ekspertlər “Empatiya” mərkəzinin mütəxəssisləri ilə birgə müayinədən sonra Saakaşvilinin səhhəti ilə bağlı yekun rəy verəcəklər.

Qeyd edək ki, xaricdən ekspertlərin dəvəti eks-prezidentin vəkillərinin təşəbbüsü ilə baş tutub.

 

 

axar.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az