İrəvanda hindistanlı tələbə vəhşicəsinə öldürüldü

12:55 - 28 Avqust 2022

İrəvanda hindistanlı tələbə vəhşicəsinə öldürüldü

İrəvanda yerləşən tikinti materialları mağazasında Hindistan vətəndaşının meyiti aşkarlanıb.

Manset.az xarici KİV-ən istinadən xəbər verir ki, hadisə paytaxtın David Bek küçəsində qeydə alınıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çox sayda zərbə almış və yanında metal lom olan gəncin meyitini aşkarlayıb. 

Öldürülən şəxsin İrəvanda ali məktəblərdən birində təhsil alan hindistanlı tələbə olduğu bilinib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az