Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 17-ci Bled Strateji Forumunda iştirak etmək üçün sabah Sloveniyaya səfər edəcək.
Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Türkiyəli nazir forum çərçivəsində məruzəçi qismində panelə qatılacaq və bəzi ikitərəfli görüşlər də keçirəcək.