Haker qrupu NATO-nun müasir silahları barədə məxfi sənədləri satır

19:24 - 28 Avqust 2022

Haker qrupu NATO-nun müasir silahları barədə məxfi sənədləri satır

Haker qrupu internetdə NATO-nun müasir silahları barədə məxfi sənədlərin satışı ilə məşğuldur.

 

Manset.az APA-ya istinadən verdiyi xəbər verir ki, sənədlərdə müasir silahlar və NATO-ya üzv ölkələrin Pribaltikada manevrləri barədə məlumatlar var.

Hakerlərə mənzil qərargahı Fransada yerləşən böyük silah istehsalı şirkətinin - “MBDA Missile Systems”-nin sənədlərini əldə etmək müyəssər olub. “MBDA Missile Systems” şirkəti informasiyaların oğurlandığını təsdiqləyib.

Hazırda NATO mütəxəssisləri məlumat sızıntısının masştabını və onun nəticələrini proqnozlaşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az