Yaponiya ABŞ-la birgə təlimlərə başladı

19:36 - 28 Avqust 2022

Yaponiya ABŞ-la birgə təlimlərə başladı

Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında ABŞ Hərbi Hava Qüvvələri ilə birgə atəş təlimləri başlayıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, iki mindən çox insanın iştirak etdiyi təlimlər çərçivəsində “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə hədəflərin vurulması aparılır.

Qeyd olunur ki, bu komplekslərdən ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyadakı təlimləri zamanı ilk dəfə istifadə olunur.

Manevrlər sentyabrın 3-dək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az